...

Syerra-Leonedə yanacaq daşıyan maşın partlayıb, 90-dan çox ölən var

Dünya xəbərləri Materials 6 Noyabr 2021 14:06 (UTC +04:00)
Syerra-Leonedə yanacaq daşıyan maşın partlayıb, 90-dan çox ölən var

Bakı. Orxan Nəbiyev

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 91 nəfər həlak olub.

Trend-in məlumatına görə, yük maşını qəzaya uğradıqdan sonra sakinlər yanacaq toplamaq üçün qəza yerinə toplaşıb.

Qısa müddət sonra sistern partlayıb və yanmağa başlayıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti