...

"Abeskun" teploxodu Volqa-Xəzər dənizi kanalında saya oturub

Dünya xəbərləri Materials 22 Noyabr 2021 17:07 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Filanovski yatağı - Həştərxan limanı marşrutu ilə hərəkət edən "Abeskun" quru yük gəmisi Volqa-Xəzər dənizi kanalının 158 km-də saya oturub.

Trend xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə baş idarəsinin məlumatına görə, heyəti 8 nəfərdən ibarət olan gəmidə xəsarət alan yoxdur.

Neft məhsullarının sızması aşkar edilməyib və kanalda hərəkət pozulmayıb.

Artıq “Tarpan” yedək gəmisi "Abeskun" teploxoduna kömək etmək üçün yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti