Bakı. Trend:
Xorvatiya 2023-cü il yanvarın 1-dən ölkənin əsas valyutası kimi avrodan istifadəyə keçəcək.
Trend xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariç deyib.
Onun sözlərinə görə, göstərilən tarixdən daha iki həftə vəsaitlərin ikiqat dövriyyəsi davam edəcək, vətəndaşlar kuna və avro ilə alış veriş edə biləcəklər. Bu müddət bitəndən sonra isə ölkədə bütün hesablaşmalar avro ilə aparılacaq.
"Xorvatiyanın Avrozonaya qoşulması ilə bağlı rəsmi açıqlama 2022-ci ilin ortalarında gözlənilir. Qısa müddət ərzində tədavüldən təxminən 1,1 milyard sikkə (kuna və lipa), o cümlədən 500 milyon əskinasın (kuna) çıxarılmalıdır", - deyə Mariç əlavə edib.