...

Konqoda kafedə partlayış baş verib

Dünya xəbərləri Materials 26 Dekabr 2021 00:35 (UTC +04:00)
Konqoda kafedə partlayış baş verib

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu əyalətinin Beni şəhərində yerləşən restoranlardan birində boma partlayıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi şəhərin meri Narsis Mutebuya istinadən xəbər verir.

Onun sözlərinə görə, insanlar axşam saatlarında katolik Milad bayramını qeyd etmək üçün restoranda toplaşıblar və bu zaman partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Dağıntıların miqyası barədə məlumat verilmir.

Bildirilir ki, partlayışdan sonra şəhər hakimiyyəti sakinləri küçəyə çıxmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti