...

Danimarkada hərbi kəşfiyyat xidmətinin rəhbəri həbs olunub

Dünya xəbərləri Materials 11 Yanvar 2022 01:23 (UTC +04:00)
Danimarkada hərbi kəşfiyyat xidmətinin rəhbəri həbs olunub

Bakı. Trend:

Danimarka hərbi kəşfiyyatı xidmətinin vəzifəsindən kənarlaşdırılan rəhbəri Lars Findsen 2021-ci ilin dekabrından məxfi məlumatların açıqlanmasına görə həbsdədir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Findsen və Danimarka kəşfiyyat orqanlarının üç hazırkı və keçmiş əməkdaşı ilə bağlı istintaq qapalı çəkildə aparılır. Onlar yüksək məxfilik səviyyəsinə malik olan məlumatları açıqlamaqda ittiham olunurlar. Bu informasiyanın nədən ibarət olduğu bildirilmir.

Bununla belə, dörd ittiham irəli sürülən şəxslərdən yalnız Findsen həbsdədir. O, irəli sürülən ittihamları qəbul etməyib.

Danimarka qanunvericiliyinə görə, bu kimi cinayətlərə görə maksimum cəza 12 ilə qədər həbsi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti