...

Burkina Fasoda hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini bildiriblər

Dünya xəbərləri 25 Yanvar 2022 00:26 (UTC +04:00)
Burkina Fasoda hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini bildiriblər

Bakı. Trend:

Burkina Fasoda hərbçilər ölkəyə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, Onların bəyanatı ölkə prezidenti Roş Mark Kaborun saxlanmasından sonra verilib.

Hərbçilərin nümayəndəsi dövlət çevrilişin “həbs edilənlərə fiziki zorakılıq tətbiq edilmədən” həyata keçirildiyini bildirib.

Hərbçilər, həmçinin Milli Assambleyanı buraxdıqlarını, Konstitusiyanın fəaliyyətini dayandırdıqlarını, ölkə sərhədlərini bağladıqlarını və səhər saat 21:00-dan səhər saat 05:00-a qədər komendant saatı tətbiq etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti