...

"Qazaq Air" Qazaxıstandan Rusiyaya uçuşları bərpa edəcək

Dünya xəbərləri Materials 13 Mart 2022 10:39 (UTC +04:00)
"Qazaq Air" Qazaxıstandan Rusiyaya uçuşları bərpa edəcək

Bakı. Trend:

Qazaxıstanın "Qazaq Air" aviaşirkəti uçuşları bərpa etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə aviadaşıyıcıdan bildiriblər.

""Qazaq Air" aviaşirkəti bildirir ki, 13 mart 2022-ci il tarixindən etibarən Rusiyaya bütün planlaşdırılmış reyslər bərpa olunacaq və biletləri bron etmək üçün əlçatan olacaq", - deyə qeyd olunub.

Şirkət 12 mart 2022-ci il tarixində uçuşun ləğv edilməsi ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti