...

Türkiyə və BƏƏ XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 21 Mart 2022 21:05 (UTC +04:00)
Türkiyə və BƏƏ XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) XİN rəhbəri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Görüşdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli əlaqələr, o cümlədən regionda, əsasən də Ukraynada baş verən cari proseslər müzakirə edilib", - deyə M.Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti