...

Qanada yol qəzası azı 5 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 5 Aprel 2022 04:19 (UTC +04:00)
Qanada yol qəzası azı 5 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Qananın Akkra-Kumasi şossesində baş verən yol qəzasında azı 5 nəfər həlak olub, daha 7 nəfər isə ağır yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Qana Polis Xidmətinin Şərq Regional Komandanlığının sözçüsü Ebenezer Tetteh, bildirib ki, Qananın ikinci ən böyük şəhəri olan Kumasidən paytaxt Akkraya gedən furqonun bazar ertəsi səhər saatlarında əks istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

Bildirilir ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır və nəticə barədə ictimaiyyət məlumatlandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti