...

Yaponiya və ABŞ maliyyə nazirləri arasında görüş keçirilə bilər

Dünya xəbərləri Materials 15 Aprel 2022 07:05 (UTC +04:00)
Yaponiya və ABŞ maliyyə nazirləri arasında görüş keçirilə bilər

Bakı. Trend:

Yaponiya və ABŞ hökumətləri gələn həftə Vaşinqtonda iki ölkənin maliyyə nazirləri arasında danışıqların keçirilməsi imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə mənbəyə istinadən "Kyodo" agentliyi xəbər yayıb.

Bildirilib ki, bununla əlaqədar hazırda Yaponiyanın maliyyə naziri Suniti Suzukinin ABŞ-a səfəri hazırlanır. Danışıqlar aprelin 21-i baş tuta bilər.

Məlumata əsasən, tərəflər danışıqlarda Rusiyaya qarşı sanksiyaları, Ukraynaya yardımı və digər məsələləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti