...

Yaponiya əhalisi rekord həddə azalıb

Dünya xəbərləri Materials 15 Aprel 2022 11:03 (UTC +04:00)
Yaponiya əhalisi rekord həddə azalıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya əhalisi 2020-ci il oktyabrından 2021-ci ilin oktyabrınadək müddət ərzində rekord həddə, 644 min (0,5 faiz) nəfər azalaraq 125,5 milyon nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi bildirib.

Qeyd olunur ki, bu, 20-ci əsrin ortalarından bəri qeydə alınan ən yüksək azalma səviyyəsi olub. Eyni zamanda, son 10 il ərzində ölkə əhalisi 2,3 milyon nəfər azalıb.

Statistikaya əsasən, Yaponiya əhalisinin 36,2 milyonu və ya təxminən 29 faizi 65 yaşdan yuxarı şəxslərdir.

2053-cü ilədək Yaponiyada əhalinin 100 milyon nəfərə, 2065-ci ilədək 88 milyon nəfərədək azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, əhalinin 38 faizi 65 yaşdan yuxarı şəxslər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti