...

Gürcüstanda faşizm üzərində Qələbə Gününün mayın 8-də keçirilməsi təklif edilib

Dünya xəbərləri Materials 17 Aprel 2022 14:35 (UTC +04:00)
Gürcüstanda faşizm üzərində Qələbə Gününün mayın 8-də keçirilməsi təklif edilib

Bakı. Trend:

Gürcüstanda parlamentin müxalifəti hakim prtiyaya faşizm üzərində Qələbə Gününün mayın 8-də keçirilməsi təklif edib.

Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, deputatlar Teona Akubardiya, Armaz Axvlediani, Hatuna Samnidze, Georgi Vaşadze, Tariel Nakaidze və Paata Mancaqaladze Əəmək Məcəlləsinə dəyişikliklər hazırlayıblar.

Dəyişikliklərə əsasən, mayın 8-i qeyri-iş günü olmalıdır.

"Formalaşmış sovet ənənəsilə Rusiya və postsovet ölkələri, o cümlədən Gürcüstan SSRİ-nin dağılmasından sonra Qələbə Gününü mayın 9-u qeyd edir. Böyük Britaniya, ABŞ və Avropa (Fransa, Almaniya, Çexiya və s.), Baltikyanı ölkələr və Ukrayna Qələbə Gününü mayın 8- qeyd edir", - deyə deputatlar bildirib.

Qeyd edilir ki, Əmək Məcəlləsinə dəyişiklik layihəsi aprelin 18-də keçiriləcək iclasda təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti