...

Avrozonada inflyasiya rekord həddə çatıb

Dünya xəbərləri Materials 21 Aprel 2022 17:12 (UTC +04:00)
Avrozonada inflyasiya rekord həddə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin martında avrozona ölkələrində inflyasiyas 7,4 faiz təşkil edərək son 25 il ərzində ən yüksək həddə çatıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Statistika Komitəsi bildirib.

Qeyd olunub ki, fevralda bu göstərici 5,9 faizə bərabər idi.

Ümumilikdə, fevrfal ayında Aİ ölkələrində illik inflyasiya 6,2 faizə çatmışdı. İnflyasiyaya əsas səbəb kimi enerji ehtiyatlarının bahalaşması və Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti göstərilib.

Qeyd edək ki, avrozonaya milli valyutası avro olan 19 Aİ ölkəsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti