...

Konqonun şərqində silahlıların hücumu nəticəsində onlarla insan ölüb

Dünya xəbərləri Materials 9 May 2022 05:17 (UTC +04:00)
Konqonun şərqində silahlıların hücumu nəticəsində onlarla insan ölüb

Bakı. Trend:

Silahlı şəxslərin Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətinin Monqvalu şəhəri yaxınlığındakı mədən düşərgəsinə basqın etməsi nəticəsində onlarla insan ölüb, çoxlu sayda insan itkin düşüb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, ordunun sözçüsü Jules Ngongo Tsikudi Monqvalu yaxınlığındakı mədən düşərgəsində ölümcül hücumun baş verdiyini təsdiqləsə də, itkilərin dəqiq sayını açıqlamayıb.

"Növbəti saatlarda ölənlərin dəqiq sayını biləcəyik. Ordu burada, İturidəki silahlı qrupları tamamilə məhv etmək üçün gecə-gündüz çalışır", - Tsikudi bildirib.

Yerli bətəndaş cəmiyyəti liderlərinin hesablamalarına görə, hadisə əticəsində azı 30-50 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti