Bakı. Trend:
Fransada parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlanıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, seçicilər 1148 namizəd arasından növbəti 5 il üçün Milli Assambleyanın 577 deputatını seçiblər.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 60 faizinin emalından sonra açıqlanan nəticələrə əsasən, hakim koalisiya 35,5 %, solçu müxalifət bloku isə 26 % səs toplayıb.
Göründüyü kimi, heç bir siyasi partiya səslərin mütləq əksəriyyətini qazana bilməyib. “Ensemble” koalisiyası Milli Assambleyanın 577 kreslosundan 224-nə, “NUPES” koalisiyası 149-na, “Milli Birlik” partiyası 89-na, “sağlar”ın isə 78 kresloya yiyələndiyi ehtimal olunur.