...

İraqda vəbaya yoluxma faktı aşkar edilib

Dünya xəbərləri Materials 20 İyun 2022 19:26 (UTC +04:00)
İraqda vəbaya yoluxma faktı aşkar edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İraqın şimalındakı Süleyamaniyyə əyalətində vəbaya yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, xəstəlik azı 13 nəfərdə aşkarlanıb. Bundan başqa, xəstəliyin simptomlarını daşıyan daha çox xəstənin olduğu deyilir.

İraqda sonuncu dəfə 2015-ci ildə vəba infeksiyası yayılmışdı. O zaman təmiz içməli su çatışmazlığı ilə əlaqədar 2 mindən çox şəxs vəbaya yoluxmuşdu.

2007-ci ildə isə ölkədə 7 mindən çox yoluxma qeydə alınmış, 10 nəfər vəfat etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti