Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Danışıq zamanı Türkiyə və ABŞ arasındaki ikitərəfli münasibətlər, NATO-nun Şərqə doğru genişlənməsi və Ukraynadan taxıl ixracına dair mövzular müzakirə edilib.