...

Hollandiyada tornado dağıntılar və insan təlafatına yol açıb

Dünya xəbərləri Materials 28 İyun 2022 01:04 (UTC +04:00)
Hollandiyada tornado dağıntılar və insan təlafatına yol açıb

Bakı. Trend:

Hollandiyanın Zirikze şəhərində meydana gəlmiş tornado insan təlafatına səbəb olub.

Trend yerli mətbuata istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində azı bir nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Bununla belə, ölənlərin sayının artacağı istisna edilmir.

Məlumata görə, güclü külək yerli kilsənin və bir neçə evin damını yararsız hala salıb, təsərrüfatlara ziyan dəyib.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün mevafiq qurumların əməkdaşları, o cümlədən xilasedicilər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti