...

İraqın şimalında Türkiyə ordusunun əsgəri şəhid olub

Dünya xəbərləri Materials 29 İyul 2022 00:58 (UTC +04:00)

Bakı. Trend:

İraqın şimalındakı "Pəncə Kilid" əməliyyatı bölgəsində Türkiyə ordusunun əsgəri həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, bölgədə terrorçuların açdığı atəş nəticəsində yaralanan əsgər dərhal xəstəxanaya çatdırılıb. Bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti