...

Avrozonada inflyasiya rekord həddə çatıb

Dünya xəbərləri Materials 29 İyul 2022 14:22 (UTC +04:00)
Avrozonada inflyasiya rekord həddə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin iyulunda avrozona ölkələrində inflyasiya 8,9 faiz təşkil edərək indiyə qədər qeydə alınan ən yüksək həddə çatıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Statistika Komitəsi bildirib.

Qeyd olunub ki, inflyasiya səviyyəsi Avropa Mərkəzi Bankının hədəf göstəricisini dörd dəfədən çox üstələyib.

İyunda regionda inflyasiya 8,6 faizə bərabər idi.

Qeyd edək ki, avrozonaya milli valyutası avro olan 19 Avropa İttifaqı ölkəsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti