...

Kasım-Jomart Tokayev Vladimir Putinlə danışıqların nəticələrindən məmnun olduğunu bildirib

Dünya xəbərləri Materials 21 Avqust 2022 08:52 (UTC +04:00)

Bakı. Trend:

Soçidə Rusiya prezidenti Vladimir Putinlə uzun sürən danışıqların sonunda prezident Kasım-Jomart Tokayev onların nəticəsindən məmnunluğunu bildirib.

Trend xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Ruslan Jeldibai Facebook səhifəsində məlumat verib.

"Dövlət başçısının sözlərinə görə, danışıqlar qarşılıqlı etimad və səmərəliliyi ilə seçilən müstəsna mehribanlıq şəraitində keçib. Danışıqlar zamanı dövlət başçısı qeyd edib ki, ticarət-iqtisadi, investisiya və humanitar sahədə əməkdaşlıq, qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələlər kompleksi müzakirə olunub, iki ölkənin beynəlxalq aləmdəki vəziyyəti müzakirə edilib. Prezidentlər müntəzəm işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. Kasım-Jomart Tokayev qonaqpərvərliyinə görə Vladimir Putinə səmimi təşəkkürünü bildirdi”, - deyə Ruslan Jeldibay bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti