...

Fahrettin Altun "Reuters" agentliyini tənqid edib

Dünya xəbərləri Materials 1 Sentyabr 2022 01:44 (UTC +04:00)
Fahrettin Altun "Reuters" agentliyini tənqid edib

Bakı. Trend:

Böyük Britaniyanin "Reuters" xəbər agentliyinin Türkiyə modeli sayəsində milli və beynəlxalq uğur qazanan Kommunikasiya İdarəsinə hücumları yalnız doğru yolda olduğumuzun göstəricisidir və bu, qürurumuz üçün bir səbəbdir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"Türkiyə kommunikasiya modeli ilə milli və beynəlxalq səviyyədə uğurla fəaliyyət göstərən Kommunikasiya İdarəmiz Britaniyanın "Reuters" xəbər agentliyi tərəfindən hədəfə alınması yalnız bizim haqlı olduğumuzun sübutudur və bizim üçün qürurvericidir", - deyə F.Altun sosial media hesabında bildirib.

F.Altun həmin agentliyin dəfələrlə yalan xəbər yaydıqlarını bildirib.

"Əvvəllər dəfələrlə olduğu kimi, əsassız stereotip qərəzlərdən hörülmüş xəyali və uydurma ssenarilər təqdim edirsiniz. Bir daha xatırladırıq ki, əsl jurnalistika hansı şəraitdə olursa olsun belə ola bilməz. Sizi yalnız həqiqəti yazmağa dəvət edirik", - deyə F.Altun qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti