Bakı. Trend:
Sakit Okeanda formalaşan "Nanmadol" tayfunu sentyabrın 17-də Yaponiyanın cənub və cənub-qərbinə çata bilər və bu bölgələrdə fırtınalı küləklərə və güclü yağışlara səbəb ola bilər.
Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.
Məlumata görə, tayfun daxilində küləyin sürəti 18 m/s təşkil edir.
Yaponiyanın cənubunda yaşayan 100 mindən çox sakin "Hinnamnor" tayfununun yaxınlaşması ilə əlaqədar sentyabrın 3-də yerli hakimiyyət orqanlarından təcili təxliyə tövsiyəsi alıb.