...

Yaponiyada tayfun nəticəsində 41 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 19 Sentyabr 2022 07:13 (UTC +04:00)
Yaponiyada tayfun nəticəsində 41 nəfər xəsarət alıb

Bakı. Trend:

Yaponiyanın Küsü adasında "Nanmadol" tayfunu nəticəsində azı 41 nəfər xəsarət alıb.

Trend "NHK" telekanalına istinadən xəbər verir ki, 300 mindən çox ev təsərrüfatları qırılan naqillər və təbii fəlakətin digər nəticələri səbəbindən işıqsız qalıb. "Kyushu Electric Power"ın məlumatına görə, təkcə Küsü adasında 294 min ev işıqsız qalıb. "Chugoku Electric Power"ın məlumatına görə, Yaponiyanın əsas Honsyu adasının cənub-qərb hissəsinin bir sıra bölgələrində 15 minə yaxın ev təsərrüfatları işıqsız qalıb.

Yaponiyanın Meteorologiya Bürosunun bazar ertəsi səhər verdiyi məlumata görə, qasırğanın episentri Küsü adasının şimalındakı Fukuoka prefekturasının ərazisindədir və yavaş-yavaş təxminən 4 m/s sürətlə şimal-şərqə doğru irəliləyir. Episentrdə küləyin sürəti 35 m/s-ə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti