Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, O.Şoltsun verdiyi koronavirus testi müsbət nəticələnib. Onun yüngül soyuqdəymə simptomları hiss etdiyi deyilir.
Almaniyalı kansler özünütəcrid rejiminə keçib və bu həftə üçün nəzərdə tutulan bütün tədbirləri təxirə salıb.
Bir neçə gün Olaf Şolts Fars körfəzi ölkələrində səfərdə olub.