...

Nikaraqua Niderlandla diplomatik münasibətlərin dayandırıldığını açıqlayıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2022 09:26 (UTC +04:00)
Nikaraqua Niderlandla diplomatik münasibətlərin dayandırıldığını açıqlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nikaraqua hökuməti Niderlandla diplomatik münasibətlərin dayandırıldığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, bu qərar Niderlandın "neokolonialist davranışlarının davam etməsi" ilə əlaqədar qəbul edilib.

Həmçinin, bir neçə gün əvvəl Nikaraqua hökuməti Avropa İttifaqının bu ölkədəki səfirini persona non-qrata elan etmiş, eləcə də yeni ABŞ səfirini qəbul etməyəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti