...

Haitidə son üç ildə ilk dəfə vəba xəstəliyinə yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 07:13 (UTC +04:00)
Haitidə son üç ildə ilk dəfə vəba xəstəliyinə yoluxma faktı qeydə alınıb

Bakı. Trend:

Haiti Səhiyyə və Əhali Nazirliyi ölkə ərazisində 2019-cu ildən bəri vəba xəstəliyinə yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə nazirlik öz "Facebook" səhifəsində yazıb.

Məlumata əsasən, son müddət ərzidə ölkədə vəbadan ən azı səkkiz ölüm halı qeydə alınıb.

"Hazırda səkkiz ölüm faktını qeydə almışıq. Təəssüf ki, biz hələ ölümləri dəqiq hesablaya bilmirik, çünki xəstəlikdən dünyasını dəyişən insanların əvvəllər təcili tibbi yardım məntəqələrinə çıxışı olmayıb", - deyə nazirlik nümayəndəsi Lore Adrian bildirib.

O, həmçinin qeyd edib ki, daha azı 20 nəfər vəba xəstəliyinə yoluxmaqda şübhəli bilinir. İnfeksiya ocaqları ölkənin paytaxtı - Port-o-Prins şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti