...

Rusiyada son sutkada koronavirusdan 98 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Oktyabr 2022 12:28 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada son sutka ərzində 13 384 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ötən gün 14 736 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 21,29 milyon nəfəri keçib.

Eyni zamanda, son sutkada 98 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu rəqəm 99 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 388 807 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti