...

İsveç Türkiyə ilə NATO üzrə razılaşmaya sadiqdir - Baş nazir

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 01:28 (UTC +04:00)

Bakı. Trend:

İsveç ölkənin NATO-ya qoşulma prosesini açacaq üçtərəfli təhlükəsizlik memorandumunun müddəalarına sadiqdir.

Trend xəbər verir ki, bunu bazar ertəsi "Anadolu" agentliyinə İsveçin yeni Baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, Stokholm NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində imzalanmış sənədin müddəalarının həyata keçirilməsi üçün hər cür səy göstərəcək.

"NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox vacibdir. Biz Türkiyə, İsveç və Finlandiya arasında NATO ilə bağlı sənədə sadiqik. Onun müddəalarına əməl etmək üçün əlimizdən gələni edəcəyik", - deyə Baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti