...

Livanda 10 nəfər vəbadan ölüb

Dünya xəbərləri Materials 24 Oktyabr 2022 13:15 (UTC +04:00)
Livanda 10 nəfər vəbadan ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Livanda oktyabrın əvvəlindən 10 nəfər vəba xəstəliyindən vəfat edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, ölkədə ilk yoluxma faktı oktyabrın 6-da qeydə alınmışdı. Oktyabrın 12-də isə ilk ölüm faktı qeydə alınıb.

Bu günədək Livanda vəbaya yoluxanların sayı isə 239 nəfərə çatıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə sonuncu dəfə vəba 1993-cü ildə yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti