...

Avrozonada inflyasiya rekord həddə çatıb

Dünya xəbərləri Materials 31 Oktyabr 2022 14:52 (UTC +04:00)
Avrozonada inflyasiya rekord həddə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avrozona ölkələrində inflyasiyanın orta göstəricisi rekord həddə çataraq 10,7 faizə bərabər olub.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Eurostat" Avropa statisika qurumu bildirib.

Qeyd olunub ki, avrozonada ən yüksək inflyasiya 20 faizdən çox göstərici ilə Baltikyanı ölkələrdə (Litva, Latviya, Estoniya) qeydə alınıb.

Hesabata əsasən, avrozonada enerji daşıyıcıları 41,9 faiz, ərzaq məhsulları isə 13,1 faiz bahalaşıb.

Hazırkı inflyasiya göstəriciləri Avropa Mərkəzi Bankının hədəf göstəricilərini 5 dəfə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti