...

İspaniyada tətilə görə 50-dən çox aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 1 Noyabr 2022 11:34 (UTC +04:00)
İspaniyada tətilə görə 50-dən çox aviareys təxirə salınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Vuelinq" aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 54 reysi təxirə salıb.

Trend-in məlumatına görə, aviaşirkətin göyərtə bələdçiləri bu gündən etibarən silsilə tətillər keçirəcəyini elan edib.

Onlar əməkhaqlarının artırılması tələbi ilə çıxış edir.

Qeyd olunur ki, tətillər yanvarın 31-dək həftənin bazar ertəsi, cümə və bazar günləri, eləcə də Milad və Yeni il bayramlarında keçiriləcək.

İlkin hesablamalara görə, bu tətillər ümumilikdə 3,2 milyon sərnişinin planlarına təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti