...

Fəxrəddin Altun KİV-ləri partlayışla bağlı rəsmi məlumatlara istinad etməyə çağırıb

Dünya xəbərləri Materials 13 Noyabr 2022 19:29 (UTC +04:00)
Fəxrəddin Altun KİV-ləri partlayışla bağlı rəsmi məlumatlara istinad etməyə çağırıb

Bakı. Trend:

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulun mərkəzində baş verən partlayışla bağlı KİV-ləri rəsmi məlumatlara istinad etməyə çağırıb.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

"Dövlətimizin bütün qurum və təşkilatları İstanbulda baş vermiş hadisə ilə bağlı hərtərəfli və effektiv araşdırma aparır. Biz KİV-ləri məsuliyyətli olmağa, dezinformasiya xarakterli xəbərlər yaymamağa və müvafiq dövlət orqanlarının bəyanatlarına əsaslanmağa çağırırıq", - deyə F.Altun bildirib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti