...

Türkiyə regional və qlobal sabitliyə töhfə verir - Altun

Dünya xəbərləri Materials 19 Noyabr 2022 05:51 (UTC +04:00)
Türkiyə regional və qlobal sabitliyə töhfə verir - Altun

Bakı. Trend:

Türkiyə regional və qlobal sabitliyə mühüm töhfə verir.

Trend xəbər verir ki, bunu cümə günü Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında deyib.

"Türkiyənin sülh və sabitlik naminə göstərdiyi səylər Rusiya-Ukrayna müharibəsində də öz bəhrəsini verir. Həm Rusiya, həm də Ukrayna liderləri ilə görüşə bilən yeganə lider olan prezidentimiz ilk gündən açıq dialoq, diplomatik yolla (Ukrayna böhranının - red.) həlli və ədalətli sülh üçün çalışır. Türkiyə və prezidentimizin etimadı sayəsində ölkəmizin ərazisində Rusiya ilə Ukrayna arasında danışıqlara başlamaq mümkün oldu. Hələlik bu proses kəsilmiş kimi görünsə də, biz danışıqlara qayıda biləcəyimizə və davamlı sülhə nail olacağımıza inanırıq", - deyə F.Altun bildirib.

Onun sözlərinə görə, bu gün Türkiyə haqlı olaraq beynəlxalq aləmdə “sabitləşdirici qüvvə” statusu qazanıb.

İstanbulda Rusiya Federasiyası, Ukrayna, BMT və Türkiyə arasında bağlanmış “taxıl sazişi”nə toxunan F.Altun qeyd edib ki, Ankara “qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol oynayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti