...

Türkiyə Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün dəstək verməyə hazırdır

Dünya xəbərləri Materials 10 Dekabr 2022 12:03 (UTC +04:00)
Türkiyə Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün dəstək verməyə hazırdır

Bakı. Trend:

İstanbulda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininlə Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal arasında məsləhətləşmələr keçirilib.

Trend TASS-a istinadən xəbər verir ki, məsləhətləşmələrin yekununa dair Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda deyilir ki, Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukraynaya hər cür dəstəyi göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.

Türkiyə Ukrayna münaqişəsinə tezliklə son qoymağın zəruriliyini, eləcə də Moskva ilə Kiyev arasında danışıqlara qayıtmağın vacibliyini qeyd edib.

“Bu istiqamətdə tərəflərə hər cür dəstəyi verməyə hazır olduğumuz bir daha təsdiqləndi”, - deyə bəyanatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti