...

Özbəkistanda qaz və enerji verilişindəki fasilələrə görə bir neçə məmur həbs edilib

Dünya xəbərləri Materials 12 Dekabr 2022 10:22 (UTC +04:00)
Özbəkistanda qaz və enerji verilişindəki fasilələrə görə bir neçə məmur həbs edilib

Bakı. Trend:

Özbəkistanın vilayətlərində bir sıra energetika müəssisələrinin rəhbərləri həbs edilib.

Trend “UzA”ya istinadən xəbər verr ki, onlar istehlakçıların qaz və elektrik enerjisi ilə təchizatında yaranan nasazlıqlara görə məsuliyyətə cəlb olunublar.

Bir gün əvvəl Özbəkistan Prezidenti administrasiyasının rəhbəri Sardor Umurzakov enerji resursları məsələləri üzrə qərargahın növbəti iclasını keçirib.

"İclasda qeyd olunub ki, qanun pozuntusuna yol vermiş, məsuliyyətsizlik nümayiş etdirən bəzi sahə rəhbərləri barəsində cinayət işi başlanılıb. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib", - deyə “UzA” saytı məlumat yayıb.

Ötən həftədən etibarən Özbəkistanda soyuq havanın başlaması ilə əlaqədar tez-tez elektrik enerjisinin kəsilməsi halı baş verir. Ölkənin bir sıra rayonlarında qaz qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrinin işi məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti