...

Əkrəm İmamoğluna 2 il 7 ay həbs cəzası verildi

Dünya xəbərləri Materials 14 Dekabr 2022 19:16 (UTC +04:00)
Əkrəm İmamoğluna 2 il 7 ay həbs cəzası verildi

Bakı. Trend:

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verilib.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, Əkrəm İmamoğlu Yüksək Seçki Qurumunun (YSK) üzvlərini təhqir etdiyi üçün məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilib.

Anadolu 7-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Əkrəm İmamoğlu iştirak etməyib. İclasda partiyaların vəkilləri və çoxlu sayda deputat iştirak edib. Şahid qismində Murat Ongun və Necati Özkan dindirilib. Dövlət ittihamçısı əvvəlki iclasda verdiyi rəydə onun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi və siyasi qadağa tələbini təkrarlayıb. Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin rəyi müdafiə etmək üçün ağlabatan vaxt tələb etdiyini nəzərə alaraq, iclası təxirə salıb. Saat 16.00-a təxirə salınan iclas müttəhim Əkrəm İmamoğlunun rəyi ilə bağlı vəkillərinin müdafiəsi ilə başlayıb.

Müdafiəçilər Əkrəm İmamoğlunun sözlərinin YSK-ya qarşı deyil, Süleyman Soyluya yönəldiyini bildirərək bəraət istəyiblər.

Məhkəmə qərarını açıqlayaraq təqsirləndirilən Əkrəm İmamoğlunu 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Həmçinin, məhkəmə Türkiyə Cəza Məcəlləsinin 53-cü maddəsinə əsasən siyasi qadağa da tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti