...

Tanınmış tərtibatçı Zukerberqin şirkətindən ayrıldığını elan etdi

Dünya xəbərləri Materials 17 Dekabr 2022 14:41 (UTC +04:00)
Tanınmış tərtibatçı Zukerberqin şirkətindən ayrıldığını elan etdi

Bakı. Trend:

“Meta” şirkətinin meneceri, “Software”nin həmtəsisçisi və məşhur “Doom” oyununun tərtibatçılarından biri Con Karmak Mark Zukerberqin şirkətindən ayrıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Bildirilir ki, Karmak korporasiyanın texnologiyanın inkişafına mane olan problemləri səbəbindən şirkətdən ayrılıb.

Onun sözlərinə görə, “Meta” prosessoru maksimum gücünün cəmi 5%-i ilə işləyir.

“Bizim inanılmaz miqdarda insan və resursumuz var, lakin biz daim özümüzü sabotaj edirik və səylərimizi boşa çıxarırıq. Bu vəziyyəti hər hansı şəkildə bəzəməyin mənası yoxdur”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti