...

Argentinanın paytaxtı Buenos-Ayres küçələrinə 3 milyondan çox insan toplaşıb

Dünya xəbərləri Materials 20 Dekabr 2022 23:37 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos-Ayres küçələrinə 3 milyondan çox insan toplaşıb

Bakı. Trend:

Dekabrın 20-də Argentina paytaxtı Buenos-Ayresin küçə və magistrallarını dolduran 3 milyondan çox insan dünya çempionatında qalib olduqdan sonra ölkəyə qayıdan Argentina futbol üzrə milli komandasının oyunçularını gözləyir.

Trend-in məlumatına görə, bu barədə "Todo Noticias" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, insan axını səbəbindən hakimiyyət kortecin marşrutunun necə hərəkət edəcəyindən hələlik əmin deyil.

Bundan əvvəl milli komandanın Argentina paytaxtının əsas simvolu olan Obeliskin yanından keçəcəyi nəzərdə tutulurdu. Axşam saatlarında insanlar ora toplaşmağa başladılar. Milli komandanın Argentina Futbol Assosiasiyasının (AFA) bazasını tərk edəndə, toplaşanların sayının avtobusun keçməsinə imkan verməyəcəyi bəlli oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti