...

"Google"un keçmiş rəhbəri süni intellekti nüvə silahına bənzədib

Dünya xəbərləri Materials 16 Fevral 2023 12:54 (UTC +04:00)
"Google"un keçmiş rəhbəri süni intellekti nüvə silahına bənzədib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Google"un keçmiş rəhbəri Erik Şmidt süni intellekt texnologiyalarını nüvə silahlarına bənzədib.

Trend-in məlumatına görə, E.Şmidtin fikrincə, süni intellekt texnologiyalarının inkişafı müsbət proseslərlə yanaşı, mənfi nəticələrə də səbəb olacaq.

“Süni intellekt ABŞ-ın Çinə qarşı silahlanmasında fəal rol oynayacaq”

Bir müddət ABŞ hökumətinin döyüş texnologiyaları üzrə də fəaliyyət göstərmiş E.Şmidtin sözlərinə görə, süni intellekt texnologiyaları müharibələrdə yeni oyun qurucusu olacaq. Kəşfiyyat toplanması, arxa proqram təminatı və digər hərbi avadanlıqlar da süni intellekt dəstəyinə malik olmağa başlayıb ki, bu da ABŞ-ın Çin üzərində silah üstünlüyünü artıracaq.

Süni intellekt = Nüvə silahı

"1930-cu illərdə Eynşteyn Ruzveltə məktub yazaraq müharibəni dəyişdirə biləcək yeni texnologiyanın nüvə silahı olduğunu söylədi. Bu məktub çox doğru idi. Mən iddia edirəm ki, süni intellekt texnologiyaları və mərkəzləşdirilməmiş, paylanmış sistemlər də eyni dərəcədə güclüdür", - deyən E.Şmidt, bu şərhlə nüvə silahları ilə süni intellektin müharibələri dəyişdirmə gücü baxımından eyni olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti