...

Tacikistanda qar uçqunu nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Fevral 2023 07:44 (UTC +04:00)
Tacikistanda qar uçqunu nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Tacikistanın şimalında, Düşənbə-Çanak magistralının Suqd rayonuna gedən hissəsində qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Trend xəbər verir ki, Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şaxristan aşırımı) “Musso” markalı avtomobil qar uçqunu altında qalıb.

Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayon xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti