...

Putin bu gün Şimali Qafqaza səfər edəcək

Dünya xəbərləri Materials 2 Mart 2023 08:00 (UTC +04:00)
Putin bu gün Şimali Qafqaza səfər edəcək

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bu gün Şimali Qafqaz Federal Dairəsinə işgüzar səfər edəcək.

Trend xəbər verir ki, Rusiya prezidenti “Müəllimlər ili”nin açılış mərasiminin keçiriləcəyi “Maşuk” Bilik Mərkəzinə baş çəkəcək, həmçinin Stavropol diyarının qubernatoru Vladimir Vladimirovla görüşəcək.

Kremlin mətbuat xidmətinin məlumatına görə, prezident Çeçenistan Respublikasında, Suriyada döyüş tapşırığını yerinə yetirərkən Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüş şagirdləri yetişdirmiş müəllimlərə dövlət mükafatlarını təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti