...

FETÖ ilə beynəlxalq mübarizə mütləqdir - Fəxrəddin Altun

Dünya xəbərləri Materials 12 Aprel 2023 16:42 (UTC +04:00)
FETÖ ilə beynəlxalq mübarizə mütləqdir - Fəxrəddin Altun

Bakı. Trend:

FETÖ ilə beynəlxalq mübarizə mütləqdir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, "Beynəlxalq Aləmdə FETÖ ilə Mübarizə Simpoziumu”nda çıxışı zamanı deyib.

Fəxrəddin Altun, Türk millətinin və dövlətinin əsas düşməni olan təşkilatın millətin din, təhsil, vətəndaş cəmiyyəti və həmrəylik kimi dəyər və hisslərini istismar edərək böyümüş, məkrli şəkildə kök salmış qaranlıq bir dəstə olduğunu vurğulayıb.

"FETÖ radikal bir terror təşkilatıdır. Türkiyə və dünyanın indiyə qədər gördüyü ən qanlı və ən təhlükəli terror təşkilatlarından biridir. FETÖ bu gün qlobal terror təşkilatıdır. Şübhəsiz ki, geniş əraziyə yayılan bu beynəlxalq terror təşkilatına qarşı beynəlxalq mübarizə vacibdir. Bu mübarizə, təşkilatın maliyyə və insan resurslarının boşaldılmasını, terror başda olmaqla hər cür fəaliyyətin qarşısının alınmasını, həmçinin FETÖ-nün qanlı üzünün bütün beynəlxalq ictimaiyyətə izahını əhatə etməlidir",- deyə Altun bildirib.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti