...

Qara dənizdən qaz tədarükünün başlanması aprelin 20-nə planlaşdırılır - Ərdoğan

Dünya xəbərləri Materials 14 Aprel 2023 22:03 (UTC +04:00)

Bakı. Trend:

Qara dənizin Türkiyə sektorundakı "Sakarya" yatağından təbii qazın tədarükünün aprelin 20-i başlanması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün planlar bu tarixə əsasən hazırlanır.

Türkiyə Prezidenti daha sonra fevral ayında baş vermiş zəlzələlər zonasının bərpası istiqamətində atılan addımlardan danışıb.

Onun sözlərinə görə, ölkənin cənub və cənub-şərqindəki 11 əyalətdə bərpa işləri aktiv şəkildə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti