...

SARS-CoV-2-nin tamamilə aradan qaldırılması çətindir - ÜST

Dünya xəbərləri Materials 6 May 2023 21:28 (UTC +04:00)
SARS-CoV-2-nin tamamilə aradan qaldırılması çətindir - ÜST

Bakı. Trend:

COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus olan SARS-CoV-2-nin tamamilə məhv edilməsi, əgər ümumiliyyətlə mümkündürsə, çox çətindir. Lakin bu infeksiyanın ictimai səhiyyə üçün yaratdığı təhlükə aradan qaldırıla bilər.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan deyib.

"Sual ondan ibarətdir ki, bu virusun yaratdığı ictimai təhlükəni aradan qaldıra bilərikmi? Və bunun cavabı - "bəli". Bu virusu tamamilə aradan qaldıra bilərikmi? Düşünürəm, bu, əgər ümumiliyyətlə mümkündürsə, çox çətindir", - deyə o qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının proqram direktoru, koronavirusun mövsümi bir xəstəliyə çevrilib-çevrilmədiyini soruşduqda, söhbət "dalğalarla gələn dövri və ya epizodik bir xəstəlikdən" gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti