...

Türkiyədə ağır yol qəzasında 12 nəfər ölüb

Dünya xəbərləri Materials 7 May 2023 00:16 (UTC +04:00)
Türkiyədə ağır yol qəzasında 12 nəfər ölüb

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində yük maşınının iştirakı ilə ağır qəza baş verib.

Trend-in məlumatına görə, yük maşını sürücüsü evakuatorla toqquşduqdan sonra idarəetməni itirərək qarşı zolağa çıxıb və 9 avtomobil və iki mikroavtobusa çırpılıb.

Qəzadan sonra yük maşını və mikroavtobuslar yanıb. Hadisə nəticəsində 12 nəfər ölüb, 31 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti