...

Konqo Demokratik Respublikasında daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb

Dünya xəbərləri Materials 12 May 2023 04:57 (UTC +04:00)
Konqo Demokratik Respublikasında daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi Kivu vilayətində daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən xəbər verib.

Məlumata əsasən, itkin düşənlərin sayı hələ də məlum deyil.

Güclü yağışlar daşqınlar və çoxsaylı torpaq sürüşmələrinə səbəb olub. Buşuşu və Nyamukubi yaşayış məntəqələri digərlərindən daha çox zərbə çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti