Bakı. Trend:
İrlandiya Avropada artan gərginlik fonunda NATO-nun dənizaltı infrastrukturun mühafizəsi təşəbbüsünə qoşulmağa hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə "The Irish Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, yaxın aylarda İrlandiyanın Baş nazirinin müavini, Xarici İşlər və Müdafiə naziri Mişol Martin Şimali Atlantika Alyansındakı həmkarları ilə Dublinin təşəbbüsə qoşulması ilə bağlı danışıqlar aparacaq.