...

ABŞ-də ermənipərəst konqresmenin hərəkəti pislənilib

Dünya xəbərləri Materials 25 İyun 2023 15:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatası Demokratlar partiyasını təmsil edən ermənipərəst konqresmen Adam Şiffin hərəkətini pisləyən qətnamə qəbul edib.

Trend-in məlumatına görə, A.Şiff Konqresin aşağı palatasında keçmiş prezident Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran kəşfiyyat komitəsinin sədri olub.

Qətnamədə A.Şiffə qarşı Amerika xalqını aldatdığına görə ittihamlar səslənir.

Etika Komitəsi konqresmenin hərəkətləri ilə bağlı araşdırma aparmaq niyyətindədir.

Xatırladaq ki, 2019-cu ilin fevralında ABŞ-də erməni maraqlarının lobbiçisi Adam Şiff keçmiş prezident Trampla Rusiya arasında mümkün maliyyə əməliyyatlarının araşdırılmağa başladığını bəyan etmişdi. O, həmçinin 2020-ci ildə Senatda Donald Trampın impiçmenti üzrə məhkəmə prosesində aşağı palatanı təmsil edən yeddi ittihamçıdan biri təyin edilmişdi. Nəticədə yuxarı palata keçmiş prezidentə bəraət qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti