Bakı. Trend:
Ağ Ev işçilərinin şkafında kokain olduğu güman edilən ağ toz tapılıb.
Trend xəbər verir ki, mənbənin məlumatına görə, otaq Oval kabinetin, ABŞ Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının - Co Baydenin və işçilərinin ofislərinin də yerləşdiyi binanın qərb qanadında yerləşir. Yüksək rütbəli hüquq-mühafizə orqanlarının rəsmisi açıqlamasında bildirib ki, ABŞ Məxfi Xidməti insidentlə bağlı hərtərəfli təhqiqat aparır, o, şkafa kimin daxil olduğunu müəyyən etmək üçün müşahidə kameralarının görüntülərini və qeydləri araşdırır.
Qeyd edək ki, bundan əvvəl “The Washington Post” qəzeti bazar günü axşam saatlarında şübhəli maddənin tapıldığını yazmışdı.